Keçən ay Ceyhandan dünya bazarlarına 2,5 milyon tondan çox neft çıxarılıbBu ilin fevral ayı ərzində Ceyhan limanından dünya bazarlarına 2 milyon 512 min 971 ton Azərbaycan nefti çıxarılıb. Cari ilin yanvar-fevral aylarında isə bu göstərici 5 milyon 379 min 406 ton təşkil edib. Ümumiyyətlə, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri istismara verilən gündən indiyədək Ceyhandan dünya bazarlarına 109 milyon 998 min 214 ton Azərbaycan nefti yola salınıb.Fransada Novruz bayramı geniş qeyd olunacaqdırAzərbaycanın Fransadakı səfirliyi ölkəmizin YUNESKO yanındakı daimi nümayəndəliyi ilə birlikdə Novruz bayramını geniş qeyd etməyi nəzərdə tutmuşdur. Martın 19-da YUNESKO-nun iqamətgahında Fransada yaşayan həmvətənlərimizi bir araya gətirəcək şənliyin yüksək səviyyədə keçməsi üçün maraqlı proqramlar biri-birini əvəzləyəcək. Azərbaycandan gələn incəsənət ustaları qonaqlar qarşısında çıxış edəcək, gənclər arasında rəqs, mahnı və digər orijinal müsabiqələr təşkil olunacaq və qaliblərə xüsusi mükafatlar veriləcəkdir.Azərbaycanın sığorta-pensiya sistemi beynəlxalq mükafata layiq görülübDövlət Sosial Müdafiə Fondu Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa müsabiqəsində "İnformasiya kommunikasiya texnologiyalarının tətbiq olunması vasitəsilə effektiv idarəetmə" nominasiyasında müsabiqənin qalibi elan olunaraq fəxri fərmanla təltif edilmişdir. Mükafat Varşavada keçirilən Avropa forumunda Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmuşdur. Fəxri fərmanı təqdim edən BSTA-nın prezidenti xanım Korazon de La Paz və qurumun baş katibi Hans Host Konkalevski DSMF-in İKT-nin tətbiqi ilə səmərəli idarəetmə sahəsindəki fəaliyyətini qeyd etmişlər: "Biz ümid edirik ki, bu nailiyyət Avropanın sosial təminat təşkilatlarının rəhbərlərini daha da ruhlandıracaqdır".ARDNŞ "Ekologiya İli" çərçivəsində növbəti ağacəkmə aksiyası keçirmişdirMartın 13-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bütün idarə və müəssisələrinin işçiləri növbəti ağacəkmə aksiyası keçirmişlər. Şirkətin mətbuat xidmətindən bildirmişlər ki, qurumun rəhbərliyi "Bibiheybətneft" Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) neftlə çirklənmədən təmizlənmiş mədən ərazisinə gələrək burada iməcilik iştirakçıları ilə görüşmüş və ağac əkmişlər. ARDNŞ-in prezidenti Rövnəq Abdullayev vurğulamışdır ki, ölkənin ekoloji durumunun daha da yaxşılaşdırılması istiqamətində görülən bu işlər Azərbaycanda ətraf mühitin qorunması işinə neftçilərin verdiyi ən böyük töhfələrdəndir. NQÇİ-nin neftlə çirklənmədən təmizlənmiş torpaq sahələrində 3 mindən artıq ağac əkilmişdir.
Bu fikri Prezident İlham Əliyev regionların 2009-2013-cü illər sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda səsləndirmişdir
Ölkə başçısının imzaladığı "Azərbaycan Resrublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" və "Azərbaycan Resrublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında" fərmanları respublikamızda yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Respublikanın regionlarının sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının vaxtından əvvəl və uğurla icra edilməsi əyalətlərdə yaşayan əhalinin maddi rifah halının, sosial-məişət şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, işləməyən müəssisələrin fəaliyyətinin bərrasına və yeni iş yerlərinin açılmasına gətirib çıxarmışdır.
Prezident İlham Əliyevin rayona səfəri sakinlərin işgüzarlığını daha da artırıb
Azərbaycanda sosial-iqtisadi inkişaf yeni mərhələdə uğurla davam edir. Qəbul edilən layihələr və proqramlar layiqincə yerinə yetirilir. Həyata keçirilən tədbirlər sayəsində ölkəmiz dünya iqtisadi proseslərinə daha inamla və gərəkli tərəfdaş kimi qoşulur. 2009-cu il də belə oldu. Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında yerini qorudu. Halbuki dünyanı bürümüş maliyyə böhranı çox ölkəni sosial-iqtisadi problemlər qarşısında qoyub. Ölkəmiz isə ötən sınaq ilini uğurla başa vuraraq, yüksək inkişaf tempini qoruyub saxlaya bildi. 2009-cu ildə ümumi daxili məhsul 9,3 faiz artıb. Bunu tarixi nailiyyət adlandıran Prezident İlham Əliyev haqlı olaraq qeyd edir ki, ölkənin bütün uğurlarının təməlində düşünülmüş siyasət və düzgün atılmış addımlar durur. Uğurları şərtləndirən amillərdən biri də ölkənin bütün regionlarının inkişaf dinamikasının diqqətdə saxlanılmasıdır. Bu baxımdan ölkə Prezidenti İlham Əliyevin bölgələrə səfərləri, hər bir rayonun sosial-iqtisadi vəziyyəti ilə yerində tanış olması, lazımi tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verməsi çox əhəmiyyətli məsələdir. Bu, ölkə rəhbəri ilə xalqın canlı ünsiyyəti baxımından da təqdirəlayiq haldır. ... »»
Hörmətli Nursultan Abişeviç! Ölkənizin cənubunda baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Qazaxıstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! ... »»
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov "Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi sahəsində sərhəd, gömrük xidmətləri və daxili işlər orqanları xətti üzrə qarşılıqlı fəaliyyət haqqında" saziş layihəsinin müzakirələrinin yekunlarına həsr edilmiş mətbuat konfransında demişdir: "Xəzər dənizində təhlükəsizliyə dair saziş layihəsinin müddəalarının çoxu razılaşdırılmışdır. Düzdür, bəzi razılaşdırılmamış məqamlar qalır, lakin tərəflərin həmin məqamlar barəsində mövqeləri də çox yaxındır". Nazir müavini ümid etdiyini bildirmişdir ki, tərəflər artıq növbəti görüşdə qəti razılığa gələcəklər. ... »»
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından hasil olunan neft və qaz Xəzərdən sualtı borularla Səngəçal terminalına nəql edilir. Buradan isə karbohidrogenlər dünya bazarlarına və ölkə daxilindəki qazpaylama sisteminə çatdırılır. bp Azərbaycan şirkətindən aldığımız məlumatda deyilir ki, hazırda terminalın texniki emal sistemlərinin ümumi gücü gündə 1,2 milyon barel neft və "Şahdəniz" üçün 25,5 milyon kubmetr qaz təşkil edir. Ümumiyyətlə isə obyekt gün ərzində 39,5 milyon kubmetr qaz emal etmək gücünə malikdir. ... »»
Dövlət Sosial Müdafiə Fondu Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa müsabiqəsində "İnformasiya kommunikasiya texnologiyalarının tətbiq olunması vasitəsilə effektiv idarəetmə" nominasiyasında müsabiqənin qalibi elan olunaraq fəxri fərmanla təltif edilmişdir. Mükafat Varşavada keçirilən Avropa forumunda Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmuşdur. Fəxri fərmanı təqdim edən BSTA-nın prezidenti xanım Korazon de La Paz və qurumun baş katibi Hans Host Konkalevski DSMF-in İKT-nin tətbiqi ilə səmərəli idarəetmə sahəsindəki fəaliyyətini qeyd etmişlər: "Biz ümid edirik ki, bu nailiyyət Avropanın sosial təminat təşkilatlarının rəhbərlərini daha da ruhlandıracaqdır". ... »»
Qloballaşan dünyada ayrıca götürülmüş hər hansı dövlətin iqtisadi inkişafının təmin edilməsində ən önəmli faktorlardan biri də xarici və daxili investisiyalardır. 2009-cu ildə dünya iqtisadiyyatında kifayət qədər ciddi fəsadlara yol açan, gözlənilməz bir tənəzzülün əsasını qoyan qlobal maliyyə böhranı davamlı iqtisadi inkişafa nail olunmasında investisiyaların nə dərəcədə vacib rol oynadığını əyani olaraq nümayiş etdirdi. Dünyanın bir çox ölkəsində qlobal böhran nəticəsində həm daxili, həm də xarici investisiyaların həcmində elə bir azalma qeydə alındı ki, bu, onların iqtisadi inkişafının geriləməsində əsas rol oynayan amillər sırasında xüsusi yer tutdu. Bununla yanaşı, o da faktdır ki, investisiyaların həcminə, xüsusən də, xarici mənbələr hesabına yatırılan sərmayələrə təsir göstərən amillərdən biri də biznes mühitinin əlverişliliyi, sərmayədarların hüquqlarının qanunvericilik əsasında nə dərəcədə qorunmasından xeyli dərəcədə asılıdır. Daha bir önəmli məqam isə yatırılan investisiyaların mənfəət dərəcəsi, onların dönərliliyi ilə bilavasitə bağlı olmasıdır. ... »»
Bu gün ölkədə, eləcə də ayrı-ayrı bölgələrdə inkişafı şərtləndirən amillər içərisində sosial məsələlərin həlli çoxluq təşkil edir. Bu sırada ilk növbədə əhalinin normal yaşayışı üçün zəruru infrastruktur layihələri, o cümlədən bölgələrin fasiləsiz elektrik enerjisi, təbii qaz, içməli su ilə təmin olunması üçün tədbirlər həyata keçirilir. Cəmi 6 il əvvəl yaradılan Kəngərli rayonunun timsalında bunu aydın görmək olar. Ötən müddət ərzində 26 min nəfərə yaxın əhalinin yaşadığı, 1 qəsəbə və 10 kəndi əhatə edən rayonda böyük həcmdə quruculuq işləri aparılıb. ... »»
Son illərdə Gədəbəy rayonunda bir sıra idarə və müəssisələr üçün müasir tələblərə uyğun yeni yaraşıqlı binalar tikilmiş, işçilərin səmərəli fəaliyyəti üçün hər şərait yaradılmışdır. Yeni ucaldılan ikimərtəbəli binalardan biri də bu yaxınlarda rayon maliyyə idarəsinin ixtiyarına verilmişdir. Kollektivimiz büdcədən maliyyələşən təşkilatlara - icra hakimiyyətinə, onun yerlərdəki nümayəndəliklərinə, təhsil, səhiyyə, mədəniyyət və turizm şöbələrinə, əhalinin sosial müdafiə mərkəzinə, gənclər və idman idarəsinə və s. xidmət edir. Gündəlik işimizi respublika Prezidentinin "İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında" 26 oktyabr 2006-cı il tarixli fərmanının tələblərinə uyğun qururuq. ... »»
Son illər Azərbaycanda müasir dövrün tələblərinə cavab verən səhiyyə sisteminin yaradılması hər bir ölkə vətəndaşının sağlamlığının etibarlı qorunmasına xidmət edir. Səhiyyə ümumən ölkənin milli genefondu ilə bağlı strateji sahə olduğundan, ölkə rəhbərliyi bu sistemdə həllini gözləyən bir çox problemin, çatışmazlığın aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Son illərdə tibb ocaqlarının kadr potensialının gücləndirilməsi, ən müasir müalicə-diaqnostika mərkəzlərinin inşası, mövcud xəstəxanaların, poliklinikaların əsaslı təmiri və yenidən qurulması, onların dərman preparatları və digər texniki vasitələrlə təminatı istiqamətindəki tədbirlər daha geniş vüsət almışdır. ... »»
Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitənin yenidən fəaliyyətə keçməsi işğalçı ölkəyə növbəti zərbədir
Beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunu tam sübuta yetirən Azərbaycanın diplomatiya sferasında xüsusi diqqət yetirdiyi əsas məsələlərdən biri bu təcavüzkar dövlətin zəbt etdiyi ərazilərin azad edilməsini nəzərdə tutan qətnamələrin və digər sənədlərin praktiki icraya yönəldilməsi ilə bağlıdr. Lakin təəssüf ki, bu vaxta qədər dünya birliyi Dağlıq Qarabağ münaqişəsi kimi ağrılı bir problemin sülh yolu ilə həllinə nail olunması üçün Ermənistana hər hansı formada təzyiq göstərməmişdir. BMT-nin sözügedən münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməsi, eləcə də ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlar səviyyəsində qəbul edilən sənədlərdə ərazilərimizin azad olunması ilə bağlı irəli sürülən tələblər işğalçı dövlət tərəfindən hələ də icra edilməmişdir. ... »»
Biz təbiətə bəzən "ana" deyirik və bu ifadəni boş yerdən işlətmirik. Təbiət öz qoynunda bizi bəsləyib böyüdür. Dörd ünsürün - su, torpaq, yel və odun (Günəşin) mövcudluğu, bir-birini tamamlaması, həmahəngliyi ilə canlılar yaranıb. Canlılarınsa alisi insandır. Minilliklər boyu insan təbiətlə ünsiyyətdən bəhrələnib. Daş, tunc dövrlərində mağaralarda yaşayaraq, düzəltdiyi alətlərlə ov edərək qidalanıb. Zaman keçdikcə yaşamaq üçün düşünüb-daşınıb, yollar axtarıb. ... »»
Ulu Tanrının xəlq etdiyi bəndələrinə töhfələri arasında duz və çörək xüsusi yer tutur və müqəddəslik nümunəsi sayılır. Xörək duzu bəşər övladına çox qədimlərdən məlumdur. İnsanın onunla tanışlığının tarixi yeddi min ildən çoxdur. Dünyanın ədəbi abidələrindən hesab olunan "İliada"nın və "Odisseya"nın müəllifi, qədim yunan şairi Homer duzu müqəddəs substansiya, yəni, bütün cisimlərin və hadisələrin ilk əsasını təşkil edən maddə adlandırmışdır. ... »»
Həyatın sınaqlarından alnıaçıq, üzüağ çıxan təhlükəsizlik orqanlarının veteranları daim ehtiramla, hörmətlə qarşılanırlar. Çətin və şərəfli ömür yolundan, keşməkeşli günlərdən xatirələrini bölüşməyi o qədər də xoşlamayan bu insanlar, eyni zamanda, hər kəsdən bir diqqət və həssas münasibət umurlar. Veteranlara qayğı, onların dəyərli və zəngin təcrübələrindən məqsədyönlü və səmərəli istifadə olunması həm də gənc nəsildə vətənpərvərlik ruhunun aşılanmasına, torpaq və yurdsevərlik kimi amalların bütövləşməsinə bir stimul yaradır. Ümummilli lider Heydər Əliyev deyirdi: "Müharibə, əmək veteranlarına hər bir gənc hörmət və ehtiramla yanaşmalıdır. Hər bir gənc, gənc nəslimiz veteranlarımızın qəhrəmanlıq nümunələrindən, əmək fədakarlığından özü üçün nümunə götürməlidir. O qəhrəmanlıq nümunələri bugünkü nəslimiz, gələcək nəsillər üçün örnək, məktəb, təcrübə mənbəyi olmalıdır". ... »»
Teatr tamaşaları, film və müxtəlif orkestrlərin uğurlu alınmasında təkcə ssenaristin, rejissorun, bəstəkarın, aktyorun üzərinə yük düşmür. Həqiqətən də bu sənət növləri kollektiv yaradıcılığın məhsuludur. Mütəxəssislər gözəl bilirlər ki, hər hansı teatr tamaşasının təsirli alınmasında, yadda qalmasında bədii tərtibatın - rəssam işinin öz yeri var. Bəzən adi dekorasiya vasitəsi sandığımız bir lampanın, rəngli bir görüntünün, geyimin, silahın mühüm mənası olur. Bütün vasitələr tamaşanın, filmin, konsertin müvəffəqiyyətlə başa çatmasına xidmət edir. Milli teatrımız yarandığı ilk gündən dekorasiya məsələsinə diqqətlə yanaşılsa da, professional rəssamların olmaması səbəbindən müxtəlif şəkillərdən, pyesin məzmununa uyğun gələn əşyalardan, şablon, tipik vasitələrdən istifadə edilsə də, ildən-ilə peşəkar teatr rəssamına ehtiyac duyulurdu. ... »»